İstifadə şərtləri

Blueshop.az veb-saytına daxil olduğunuz və ya xidmətlərimizdən istifadə etdiyiniz üçün təşəkkür edirik. Saytımızdan istifadə etməklə siz aşağıdakı qayda və şərtləri qəbul etmiş olursunuz.

1. Xidmətlərin Təsviri

Blueshop.az müştərilərinə müxtəlif proqram təminatları və rəqəmsal xidmətlər üçün abunəliklər, hesablar və lisenziya açarları təqdim edir. Saytda satılan bütün məhsullar yalnız rəqəmsal xarakter daşıyır və fiziki çatdırılma həyata keçirilmir.

2. İstifadəçi Öhdəlikləri

  • Sifariş rəsmiləşdirilərkən təqdim edilən məlumatların (xüsusilə e-poçt ünvanının) doğruluğuna və tamlığına istifadəçi birbaşa cavabdehdir.
  • Saytımızdan qeyri-qanuni məqsədlər üçün, habelə saxta və ya icazəsiz ödəniş vasitələri ilə istifadə etmək qəti qadağandır. Belə hallar aşkarlandıqda sifariş ləğv edilir və xidmətin göstərilməsindən imtina olunur.

3. Çatdırılma və Aktivasiya

Ödəniş uğurla təsdiqləndikdən sonra, rəqəmsal məhsullarınız ən qısa müddət ərzində qeyd etdiyiniz e-poçt ünvanına və ya saytdakı şəxsi kabinetinizə göndərilir. Məhsulun növündən asılı olaraq aktivasiya təlimatları kodla birlikdə təqdim olunur.

4. Şərtlərin Dəyişdirilməsi

Blueshop.az əvvəlcədən xəbərdarlıq etmədən bu İstifadə Şərtlərinə istənilən vaxt dəyişiklik etmək hüququnu özündə saxlayır. Yenilənmiş şərtlər saytda dərc edildiyi andan qüvvəyə minmiş hesab olunur.