Tez-tez verilən suallar

Sifariş və ödəniş

Ödənişi necə edirəm? Ödəniş kartdan-karta köçürmə ilə aparılır. Köçürməni etdikdən sonra çeki saytda yükləyirsiniz, biz təsdiqləyirik və məhsul hesabınıza düşür.

Ödəniş manatladır? Bəli, bütün qiymətlər AZN ilə göstərilir və elə də ödənilir. Dollar məzənnəsinə görə əlavə fərq yoxdur.

Hesab açmadan sifariş verə bilərəmmi? Sifarişin gedişini izləmək və məhsulu təhvil almaq üçün hesab lazımdır. Qeydiyyat bir neçə saniyə çəkir.

Çatdırılma

Nə qədər çəkir? Ödəniş təsdiqləndikdən sonra sifarişlərin böyük əksəriyyəti 10 dəqiqə ərzində təhvil verilir. Gecə saatlarında verilən sifarişlər səhər işlənə bilər.

Məhsul hara gəlir? Məhsulun növündən asılıdır: lisenziya açarları və fayllar hesabınızdakı sifariş səhifəsində görünür, hazır hesablar isə orada və ya e-poçtunuza göndərilir.

Stokda yoxdursa nə olur? Bir çox məhsul sifarişlə təmin olunur — yəni stok gözləmirik, sifarişdən sonra təmin edirik. Məhsul səhifəsində vəziyyət göstərilir.

Zəmanət və problemlər

Zəmanət nə qədərdir? Hər sifariş 24 saatlıq əvəzləmə zəmanəti ilə gəlir. Bu müddətdə hesab və ya açarla bağlı problem yaransa, əvəzini veririk.

Hesabın şifrəsi dəyişsə? Zəmanət müddətində bizə yazın — hesabı bərpa edirik və ya əvəzini veririk. Ortaq hesablarda şifrəni özünüz dəyişməyin, bu, girişi hamı üçün kəsir.

Pulu geri ala bilərəmmi? Rəqəmsal məhsul təhvil verildikdən sonra geri qaytarma məhduddur; şərtlər Geri qaytarma səhifəsində yazılıb. Problem varsa əvvəlcə əvəzləmə təklif olunur.

Hesablar haqqında

Ortaq və şəxsi hesab nə fərqi var? Ortaq hesabda ümumi abunənin içində sizə ayrıca profil verilir və şifrəni mağaza idarə edir. Şəxsi hesab tam sizin nəzarətinizdədir. Ortaq ucuz, şəxsi sərbəstdir.

Öz e-poçtumla ala bilərəmmi? Bəzi məhsullarda bəli. Hansı məlumatın lazım olduğu hər məhsul səhifəsində yazılıb.

Sualımın cavabı burada yoxdur. WhatsApp-dan yazın — ən sürətli kanal odur. Digər əlaqə vasitələri Əlaqə səhifəsindədir.