Haqqımızda
Blueshop.az - Azərbaycanda rəqəmsal məhsul mağazasıdır. Premium abunəliklər, lisenziya açarları, proqram təminatı və hazır hesabları bir yerdə, yerli ödəniş üsulları ilə təqdim edirik.
Nə üçün lazımıq
Netflix, Spotify, ChatGPT, Adobe və Microsoft kimi xidmətlərə Azərbaycandan birbaşa abunə olmaq iki səbəbdən çətindir: qiymətlər dollarla hesablanır və yerli kartlar çox vaxt qəbul olunmur. Biz bu iki maneəni aradan qaldırırıq - siz yerli üsullarla ödəyirsiniz, hesabı və ya açarı biz təmin edirik.
Kataloqumuz
Hazırda 400-dən çox məhsul var: film və serial abunələri, musiqi, süni intellekt xidmətləri, dizayn proqramları, oyun servisləri, əməliyyat sistemi lisenziyaları, SEO alətləri və SMM xidmətləri. Qiymətlər 0.5 ₼-dan başlayır və hər məhsul üçün müxtəlif müddət variantları mövcuddur.
Necə işləyir
Sifarişi saytdan verirsiniz, ödənişi təsdiqləyirik, məhsul isə hesabınıza və ya e-poçtunuza çatdırılır. Rəqəmsal məhsul olduğu üçün göndərmə xərci yoxdur və gözləmə müddəti dəqiqələrlə ölçülür - orta çatdırılma vaxtı real sifarişlərdən hesablanır və ana səhifədə göstərilir.
Zəmanət
Zəmanət aldığın müddət boyu qüvvədədir: 1 aylıq abunəlikdə 1 ay, 12 aylıqda 12 ay. Müddəti olmayan məhsullarda (oyun hesabı, VPN hesabı, SMM paketi) zəmanətin şərti məhsul səhifəsinin «Zəmanət» bölməsində ayrıca yazılıb, məsələn NordVPN-də 30 gün. Bu müddət ərzində hesab və ya açarla bağlı problem yaransa, düzəldirik, əvəzini veririk və ya pulu qaytarırıq. Zəmanətin necə işlədiyi və hansı halları əhatə etdiyi Geri qaytarma səhifəsində ətraflı yazılıb.
Əlaqə
Ən sürətli kanal WhatsApp-dır - sifariş öncəsi sual verməkdən çəkinməyin. E-poçt və digər əlaqə vasitələri Əlaqə səhifəsindədir. Sifariş verməzdən əvvəl hansı variantın sizə uyğun olduğunu soruşmaq ən çox rast gəldiyimiz sualdır və məmnuniyyətlə cavablandırırıq.