
Film & Kino
Netflix, HBO Max, Prime Video və Crunchyroll abunəlikləri
5 nəticə tapıldı
nəticə tapıldı




Film & Kino - bu bölmə haqqında
Film və serial abunəlikləri Azərbaycanda ən çox axtarılan rəqəmsal məhsullardır, çünki rəsmi ödəniş xarici valyuta ilə, beynəlxalq ödənişə açıq kartla olur. Bu bölmədə Netflix, HBO Max və Amazon Prime Video abunələrini kartdan-karta köçürmə və ya sayt balansı ilə ala bilərsiniz, qiymətlər 2 ₼-dan başlayır.
Netflix-də əsas seçim ortaq hesabla şəxsi profil arasındadır. Hər ikisi Premium 4K abunəsinin içində profildir və hesabın sahibi mağazadır, ona görə hesabın e-poçtunu və şifrəsini heç bir variantda dəyişmək olmaz. Fərq profildədir: ortaq hesabda bir profil ən çox iki nəfərə verilir, tarixçə və tövsiyələr ortaq olur; şəxsi profil yalnız sizə verilir və onu öz PIN kodunuzla qoruyursunuz.
Hesab məlumatları ödəniş təsdiqlənəndən sonra sifariş səhifəsində görünür. Profil işləməsə, aldığın müddət bitənə qədər istənilən vaxt dəstəyə yazın: problem həll olunmasa, yeni profil verilir və ya pul qaytarılır.