
Dizayn Proqramları
🎨 Qrafika, veb və daxili dizayn üçün peşəkar alətlər və şablonlar.
6 nəticə tapıldı
nəticə tapıldı






Dizayn Proqramları — bu bölmə haqqında
Dizayn proqramlarının rəsmi abunələri Azərbaycanda ən bahalı rəqəmsal xərclərdən biridir — Adobe Creative Cloud tək başına aylıq onlarla dollar tutur. Bu bölmədə Adobe Creative Cloud, Canva Pro, Figma Pro, CapCut Pro, Motion Array və AutoCAD manatla, 4 ₼-dan başlayan qiymətlərlə verilir.
Seçim işinizin növündən asılıdır. Photoshop, Illustrator və Premiere Pro lazımdırsa Adobe Creative Cloud bütün paketi bir hesabda verir. Sürətli sosial media qrafikası üçün Canva Pro kifayətdir və öyrənməsi ən asandır. İnterfeys və məhsul dizaynı üçün Figma Pro komanda işində standartdır. Video montaj üçün CapCut Pro telefonla da işləyir, Motion Array isə hazır şablon və musiqi kitabxanası verir. AutoCAD memarlıq və mühəndislik çertyojları üçündür.
Məhsulların bir hissəsi lisenziya açarı, bir hissəsi hazır hesab kimi çatdırılır — hansı olduğu hər məhsul səhifəsində yazılıb.
Tez-tez verilən suallar
- Bu, açardır yoxsa hazır hesab?
- Məhsuldan asılıdır. AutoCAD və bəzi proqramlar lisenziya açarı ilə, Adobe və Canva kimi abunələr isə hazır hesab kimi verilir. Məhsul səhifəsindəki «Növ» sətri bunu dəqiq göstərir.
- Öz kompüterimə quraşdıra bilərəmmi?
- Bəli. Adobe, AutoCAD və Office kimi proqramlar rəsmi saytdan yüklənir, sonra verdiyimiz açar və ya hesabla aktivləşdirilir. Canva və Figma brauzerdə işləyir, quraşdırma tələb etmir.
- Abunə bitdikdən sonra faylarım nə olur?
- Yaratdığınız fayllar sizdə qalır. Bulud saxlanc yerində olan layihələr üçün abunə bitməzdən əvvəl yerli nüsxə çıxarmaq tövsiyə olunur.