ElevenLabs Azərbaycanda: necə alınır, səs klonlama və Reels üçün istifadə
Müəllif: Blueshop.az komandasıDərc olunub:

ElevenLabs Azərbaycanda: necə alınır, səs klonlama və Reels üçün istifadə

ElevenLabs mətni real insan səsinə çevirən AI platformasıdır. Kontent yaradıcıları onu Reels, TikTok və YouTube videolarını, reklamı, podkastı və audio kitabı səsləndirmək üçün işlədir. Bu yazıda Creator planının nə verdiyini, Azərbaycanda necə alındığını və səsin daha təbii çıxması üçün nə etmək lazım olduğunu izah edirik.

Creator planında nə var

  • Mətndən səsə (Text to Speech) - onlarla dildə, o cümlədən rus, türk və ingilis dilində təbii səslər.
  • Peşəkar səs klonlama - bir dəfə öz səsini yazırsan, sonra istənilən mətni öz səsinlə hazırlayırsan.
  • Kommersiya lisenziyası - hazırladığın səsləri reklamda və satış videolarında istifadə edə bilərsən.
  • Dublyaj, səs effektləri və video səsləndirmə alətləri.
  • Aylıq kredit limiti - hər səsləndirmə kreditdən çıxılır.

Azərbaycan dilində işləyirmi?

Azərbaycan dili ElevenLabs-də hələ zəif dəstəklənir. Rus, türk və ingilis dilində nəticə çox təbiidir. Azərbaycanca mətn üçün öz səsinin klonunu sınamaq ən yaxşı yoldur.

Blueshop.az-da necə alınır

  1. Sifarişi rəsmiləşdir və ödənişi et.
  2. Creator planı aktiv olan hazır hesabın giriş məlumatları sifariş səhifəndə görünür.
  3. elevenlabs.io saytına verilən e-poçt və şifrə ilə daxil ol.
  4. Hesab menyusunda planın «Creator» olduğunu yoxla.
  5. Text to Speech bölməsində səs seç, mətni yaz və yarat.

Cari qiyməti ElevenLabs qiyməti səhifəsində görə bilərsən. Ətraflı məlumat və sifariş: ElevenLabs Creator.

Səs daha təbii çıxsın deyə

  • Mətni durğu işarələri ilə yaz - fasilə və intonasiya onlardan asılıdır.
  • Rəqəmləri və qısaltmaları sözlə yaz: «5» əvəzinə «beş».
  • Uzun mətni abzaslara böl və hər abzası ayrıca yarat - həm nəticə yaxşı olur, həm kreditə qənaət edirsən.
  • Reels üçün: mətni ElevenLabs-də səsləndir, faylı CapCut-da videoya qoy.

Vacib qaydalar

  • Hesabı aldıqdan sonra 30 dəqiqə ərzində e-poçtu və şifrəni öz məlumatlarınla dəyiş.
  • Hesabı bir nəfər istifadə etsin; fərqli ölkələrdən eyni anda giriş bloklanmaya səbəb ola bilər.
  • Başqasının səsini icazəsiz klonlama.
  • Hazır audio fayllarını öz kompüterində də saxla.

Verilən hesab işləməzsə, onu aldıqdan sonra 30 dəqiqə ərzində dəstəyə yaz - dəyişdiririk. 30 dəqiqədən sonra yaranan problemlər üçün zəmanət yoxdur.

Bu yazıda bəhs olunan məhsullar

Hazır hesab8 ₼ qənaət

Süni İntellekt (Aİ)

ElevenLabs Creator

19,00 ₼-dan
27,00 ₼

Digər məqalələr