Canva Pro aktivləşmirsə və ya Pro elementlər kilidlidirsə nə etməli
Müəllif: Blueshop.az komandasıDərc olunub:

Canva Pro aktivləşmirsə və ya Pro elementlər kilidlidirsə nə etməli

Canva-da Pro imkanlar hesaba deyil, komandaya aiddir. Pro elementlər hələ də tac işarəsi ilə kilidlidirsə, ən çox səbəb budur ki, Canva səni Pro olmayan şəxsi komandanda açır.

1. Dəvəti qəbul et

Pro sənin e-poçtuna komanda dəvəti kimi gələ bilər. E-poçtda Canva-dan gələn məktubu tap (spam və «Promosyonlar» qovluğuna da bax) və «Komandaya qoşul» düyməsini bas. Dəvətin gəldiyi e-poçtla Canva-ya daxil olduğundan əmin ol.

2. Düzgün komandaya keç

  • Kompüterdə: sol yuxarıda hesab adına klik et, açılan siyahıdan Pro komandasını seç.
  • Telefonda: «Hesab» → komanda adı → Pro komandasını seç.

Şəxsi komandada yaratdığın dizaynlar orada qalır; Pro komandada yeni dizayn aç və ya dizaynı ora köçür.

3. Çıxış et və yenidən daxil ol

Dəvəti qəbul etdikdən sonra Canva statusu dərhal yeniləməyə bilər. Hesabdan çıx, brauzeri bağla, yenidən daxil ol. Tətbiqdə də eyni şeyi et.

4. Pro elementlər yenə kilidlidirsə

  • Tətbiqi yenilə və ya brauzerdə gizli pəncərədə canva.com-u yoxla.
  • Elementin üstündə tac varsa, aşağıda «Pro komandada istifadə et» təklifi çıxa bilər - komanda seçimini bir daha yoxla.

5. Komandadan çıxma

Komanda parametrlərində «Komandadan çıx» seçmə və komanda üzvlərinə toxunma - komandadan çıxsan, Pro imkanlar dayanır və dəvəti yenidən göndərmək lazım gəlir.

Zəmanət

Canva Pro variantları 1, 3 və ya 6 aylıq zəmanətlə satılır. Zəmanət müddətində Pro dayanarsa, sifariş nömrən ilə dəstəyə yaz - yenidən aktivləşdiririk.

Heç biri kömək etmədisə

Canva-da komanda siyahısının şəklini çək və sifariş nömrən ilə dəstəyə yaz. Problem həll olunmasa, yeni məhsul verilir və ya ödəniş qaytarılır - şərtlər «Geri qaytarma» səhifəsindədir.

Bu yazıda bəhs olunan məhsullar

Canva Pro
Hazır hesab1,50 ₼ qənaət

Dizayn Proqramları

Canva Pro

5.0(2)
3,00 ₼-dan
4,50 ₼

Digər məqalələr